...

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana ixrac olunan təbii qazın həcmi açıqlandı

Energetika Materials 20 Yanvar 2026 18:18 (UTC +04:00)
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana ixrac olunan təbii qazın həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana 428,1 milyon ABŞ dolları dəyərində 833 milyon kubmetr təbii qaz ixrac olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 69,7 milyon ABŞ dolları və ya 19,5 faiz artıb, həcm baxımından isə 16,5 milyon kubmetr və ya 1,9 faiz azalıb.

Müqayisə üçün, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana 358,4 milyon ABŞ dolları dəyərində 849,5 milyon kubmetr təbii qaz ixrac olunub.

Ümumilikdə, 2025-ci ilin yanvar- noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti