...

Azərbaycanda istehsal olunan neft bitumunun həcmi açıqlandı

İqtisadiyyat Materials 20 Yanvar 2026 11:26 (UTC +04:00)
Azərbaycanda istehsal olunan neft bitumunun həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda 259,3 min ton neft bitumu istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 min ton və ya 2 faiz azdır. Belə ki, ötən il ölkədə 264,6 min ton neft bitumu istehsal olunmuşdu.

1 yanvar 2026-cı ilə olan vəziyyətə görə hazır məhsul ehtiyatı 17,4 min ton təşkil edir.

Neft məhsulları sahəsində ümumi istehsal həcmi 5,5 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz çoxdur.

Neft məhsulları arasında mazut istehsalı 2,2 dəfə artıb, qazoyl istehsalı 22,9 faiz, ağ neft istehsalı 22,9 faiz yüksəlib. Eyni zamanda neft bitumu istehsalı 2,1 faiz, sürtkü yağlarının istehsalı isə 48,2 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda kondensat da daxil olmaqla təxminən 27,7 milyon ton xam neft hasil edilib. Bunun 27,6 milyon tonu əmtəəlik neftin payına düşüb. Beləliklə, Azərbaycanda kondensat da daxil olmaqla xam neft hasilatı illik müqayisədə 4,8 faiz azalıb. Əmtəəlik neft hasilatı da il ərzində 4,8 faiz geriləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti