...

NORAD hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına göndərir

Dünya xəbərləri Materials 20 Yanvar 2026 06:28 (UTC +04:00)
NORAD hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına göndərir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonun ada ilə bağlı iddiaları fonunda Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının (NORAD) hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına gələcək.

Trend-in məlumatına görə, bu barədə NORAD “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, təyyarələr Pituffik bazasında ABŞ, Kanada və Qrenlandiya arasında davamlı müdafiə əməkdaşlığına əsaslanan, əvvəlcədən planlaşdırılmış müxtəlif tədbirlərə dəstək göstərəcəklər.

Məlumatda qeyd olunub ki, bu fəaliyyət Danimarka Krallığı ilə əlaqələndirilib və bütün dəstək qüvvələri müvafiq diplomatik icazələr əsasında fəaliyyət göstərir. Qrenlandiya hökumətinin də planlaşdırılan tədbirlər barədə məlumatlandırıldığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti