...

Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Gündəm Materials 20 Yanvar 2026 10:55 (UTC +04:00)
Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Trend xəbər verir ki, dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti