Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkə hesabında süni intellektlə hazırlanmış maraqlı bir şəkil paylaşıb. Həmin şəkildə Ağ Ev rəhbəri Qrenlandiya adasına ABŞ bayrağı sancır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şəkildə Tramp bayrağı iki əli ilə tutub, arxasında isə vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio dayanıb.
Yaxınlıqda “Qrenlandiya - 2026-cı ildən etibarən ABŞ ərazisi” yazılı lövhə görünür.
