...

Nigeriyada silahlı dəstələr iki kilsədən onlarla ibadətçini qaçırıb

Dünya xəbərləri Materials 20 Yanvar 2026 00:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın Kaduna ştatında silahlı dəstələr iki kilsədən onlarla ibadətçini qaçırıblar.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Kilsə rəhbərinin sözlərinə görə, hadisə nəticəsində 160 nəfər itkin düşüb.

Ştat polisinin məlumatına əsasən, silahlı şəxslər Kurmin-Vali qəsəbəsində yerləşən ECWA və “Cherubim and Seraphim” kilsələrinə hücum ediblər. Hazırda hüquq-mühafizə orqanları qaçırılmış şəxslərin dəqiq sayını müəyyənləşdirməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti