...

SOCAR ADNOC ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib

Energetika Materials 20 Yanvar 2026 17:39 (UTC +04:00)
SOCAR ADNOC ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.

“ADNOC Group” şirkətinin “Upstream” üzrə Baş İcraçı direktoru Musabbeh Al Kaabi ilə görüşümüz zamanı enerji sektorunda strateji əməkdaşlığın inkişafına, “Abşeron” qaz və kondensat yatağının tam sahə üzrə işlənməsinə dair cari əməliyyatların nəzərdən keçirilməsinə və Strateji Əməkdaşlıq Müqaviləsi çərçivəsində əldə olunan irəliləyişi qiymətləndirməyə fokuslandıq”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin şelfində, Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir.

“Abşeron”da qaz və kondensat hasilatına 2023-cü ilin iyul ayında başlanılıb. 2024-cü ilin iyununda Bakıda keçirilən neft-qaz konfransı çərçivəsində layihə iştirakçıları – "TotalEnergies" (35%), SOCAR (35%) və ADNOC (30%) – bildiriblər ki, “Abşeron”un ikinci mərhələsi maksimum hasilat dövründə üç və ya daha çox əlavə dərin dəniz quyusu hesabına gündə 110 min barrelə qədər neft ekvivalentində hasilat verə bilər, bunun 35 min barreli kondensat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti