...

Lamborghini 2025-ci ildə rekord satışa imza atdı

Dünya xəbərləri Materials 20 Yanvar 2026 16:26 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın lüks idman avtomobil istehsalçısı Lamborghini 2025-ci ildə dünya üzrə 10 747 avtomobil sataraq bütün zamanların rekordunu yeniləyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, Almaniyanın "Volkswagen" qrupuna daxil olan şirkət bu nəticəni özünün yüksək performanslı modellərinin hibridləşdirilməsi strategiyası və bütün regionlarda əldə edilən güclü satışlarla əlaqələndirib.

Satışlarda EMEA regionu 4 650 avtomobillə lider olub, onu Amerika (3 347) və Asiya–Sakit Okean (2 750) regionları izləyib.

Şirkətin baş direktoru Stefan Vinkelmann bildirib ki, rekord göstəricilər Lamborghini brendinin mürəkkəb qlobal şəraitdə rəqabət üstünlüyünü qoruduğunu təsdiqləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti