...

Azərbaycanda dizel yanacağı istehsalı 23%-ə yaxın artıb

İqtisadiyyat Materials 20 Yanvar 2026 14:09 (UTC +04:00)
Azərbaycanda dizel yanacağı istehsalı 23%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda 2,549 milyon ton qazoyllar (dizel yanacağı) istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,9% çoxdur.

Bu ilin yanvarın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 138,2 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5532,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,7 faiz artıb. Neft məhsullarından mazut istehsalı 2,2 dəfə, neft koksunun istehsalı 31,3 faiz, qazoylların (dizel yanacağının) istehsalı 22,9 faiz, ağ neft istehsalı 22,9 faiz artıb, neft bitumu istehsalı 2,1 faiz, sürtkü yağları istehsalı isə 48,2 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti