...

Prezident İlham Əliyev: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin

Siyasət Materials 20 Yanvar 2026 19:56 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzitə icazə verilsin.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı deyib ki, biz de-fakto olaraq birtərəfli şəkildə dəhlizləri Ermənistan üçün açdıq. “Bəli, hazırda nəqliyyat Gürcüstan vasitəsilə həyata keçirilir. “Amma bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti