...

BMT-də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb (FOTO)

Siyasət Materials 19 Yanvar 2026 22:53 (UTC +04:00)
BMT-də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatında (BMT) beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin preventiv diplomatiya və vasitəçilik mexanizmlərinin gücləndirilməsi ilə bağlı Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.

Trend Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin “X” hesabına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Qərargahında “BMT Nizamnaməsi 80 yaşında: Münaqişələrin qarşısının alınması və həllinin yenidən düşünülməsi” mövzusunda keçirilən yüksək səviyyəli müzakirələrdə çıxışı zamanı bildirib.

Səfir çıxışında BMT-nin əsas məqsədinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması olduğunu xatırladıb. O vurğulayıb ki, son 80 il ərzində müəyyən nailiyyətlər əldə edilsə də, eyni zamanda ciddi geriləmələr də müşahidə olunub.

Çıxışının sonunda Tofiq Musayev Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərini davam etdirəcəyini, beynəlxalq və regional tərəfdaşlıq və əməkdaşlığı daha da genişləndirməkdə qərarlı olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti