Bakı. Trend:
2025-ci ildə Azərbaycanda 59 min ton mazut istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 31,7 min ton və ya 2,2 dəfə çoxdur.
Bu ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,2 min ton təşkil edib.
Qeyd edək ki, ölkədə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,532 milyard manat olmaqla, əvvəlki illə müqayisədə 13,7 faiz artıb. Neft məhsullarından mazut istehsalı 2,2 dəfə, neft koksunun istehsalı 31,3 faiz, qazoylların (dizel yanacağının) istehsalı 22,9 faiz, ağ neft istehsalı 22,9 faiz artıb, neft bitumu istehsalı 2,1 faiz, sürtkü yağları istehsalı isə 48,2 faiz azalıb.
