Bakı. Trend:
Yanvarın 20-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 20-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə sulu qar, qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
Yağan qarın hündürlüyü Lerikdə 85, Əlibəydə (Zaqatala) 42,
Kəlbəcərdə 40, Yardımlıda 38, Laçın, Qubadlı və Şahbuzda 35, Şuşada
25, Sarıbaş (Qax) və Kişçayda (Şəki) 23, Xızıda 20, Quba, Xankəndi
və Xaltanda 17, Qusar və Şərurda 13, Qobustanda 12, Xocalı, Göygöl,
Şahdağ və Oğuzda 7, Sədərək və Gədəbəydə 6, Ağdam, Füzuli və
Ceyrançöldə 5, Göyçay, Tovuz və Daşkəsəndə 4, Tərtər və Qəbələdə 3,
Balakən, Bərdə və Naxçıvanda 2, Mingəçevir, Şəmkir, İsmayıllı,
Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda 1 sm-dir.
Düşən yağıntının miqdarı Lənkəranda 86 (aylıq normanın 90 %-i),
Astarada 69 (aylıq normanın 70 %-i), Cəlilabadda 49 (aylıq normanın
77 %-i), Beyləqanda 25, İmişlidə 13, Yevlaxda 10, Saatlı və
Sabirabadda 5, Kürdəmir və Biləsuvarda 4, Cəbrayıl, eyni zamanda
Bakıda və Abşeron yarımadasında 3, Neftçalada 2, Ağsu, Xaçmaz və
Naftalanda 1 mm-dir.
Bir sıra ərazilərdə şimal küləyi əsir, küləyin maksimal sürəti
Salyan və Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək
güclənir.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ,
Xaltan, Oğuz, Qusar, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi
200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1
dərəcəyədək isti, Aran rayonlarında 1, Naxçıvan MR-da 13, dağlıq
rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta
qeydə alınıb.
