Bakı. Trend:
Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı "X" platformasında paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda qeyd edilir:
"Litva bu gün 1990-cı ilin yanvar ayında Sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad edərkən Azərbaycanın yanındadır.
Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Ruhları şad olsun".
