...

Dərnəgül Elektrik Deposunda birinci mərhələ üzrə işlərin tamamlanması prosesinə başlanılıb - Bəxtiyar Məmmədov

Cəmiyyət Materials 20 Yanvar 2026 11:10 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dərnəgül Elektrik Deposunda “Bakı Metropoliteni”nin Birinci mərhələ üzrə işlərinin tamamlanması üçün əhəmiyyətli işlərə başlanılıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoloteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Tunellərdə yol infrastrukturu tamamlanıb. Qatarların təmiri və baxışı üçün nəzərdə yol infrasturkturuna daxil olan digər elementlər üzərində iş gedir.

Qatarların təmiri, baxışı üçün nəzərdə tutulan 7 sahənin inşasına başlanılıb.

Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqəli olaraq həm avtomobil, həm də piyada ötürücü tunelinin inşası açıq üsulla davam etdirilir.

Xəbər lenti

Xəbər lenti