...

Norveç Rusiya ilə mümkün müharibəyə hazırlaşır

Dünya xəbərləri Materials 20 Yanvar 2026 11:31 (UTC +04:00)
Norveç Rusiya ilə mümkün müharibəyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveç hərbçiləri minlərlə məktub göndərərək ölkə vətəndaşlarını Rusiya ilə genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə evlərin və nəqliyyat vasitələrinin müsadirəsinə hazır olmağa çağırıblar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın hərbi rəsmilərinə istinadən “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Norveç Silahlı Qüvvələrinin Logistika bölməsinin rəhbəri Andres Yernberq nəşrə bildirib ki, bu gün ölkə təhlükəsizlik siyasəti sahəsində İkinci Dünya müharibəsindən bəri ən ciddi vəziyyətlə üz-üzədir.

Hərbçi vurğulayıb ki, Norveç cəmiyyəti müdafiə sahəsində böhranlara, hətta müharibəyə hazır olmalıdır. Onun sözlərinə görə, hazırda krallıqda hərbi və mülki hazırlığın gücləndirilməsi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti