...

BMT-nin İnsan Hüquqları Şurası İrandakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

Dünya xəbərləri Materials 20 Yanvar 2026 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası İrandakı mövcud vəziyyətə həsr olunmuş xüsusi iclas keçirəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda şuranın pres-relizində bildirilir.

Məlumata əsasən, sessiyanın keçirilməsinə dair yanvarın 20-də İslandiya, Almaniya, Şimali Makedoniya, Moldova və Böyük Britaniyadan olan nüyəndələr Şuraya yazılı müraciət etmişdilər.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti