Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Serbiyaya 106,4 milyon ABŞ dolları dəyərində 192,6 milyon kubmetr təbii qaz (qaz şəklində) ixrac olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində bu göstərici 92,1 milyon ABŞ dolları və ya 7,4 dəfə çoxdur, həcm baxımından isə 154,1 milyon kubmetr və ya 5 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Serbiyaya təxminən 38,5 milyon kubmetr həcmində 14,3 milyon ABŞ dollarına yaxın məbləğdə təbii qaz satıb.
Qeyd edək ki, ümumilikdə 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7 faiz çoxdur, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faiz artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana 252,168 milyon kubmetr təbii qaz idxal olunub və bunun dəyəri 39,151 milyon ABŞ dolları olub. Bir il əvvəlki göstəricilərlə müqayisədə, dəyər baxımından 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə artım, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalma qeydə alınıb.
