...

Yurgen Klopp “Real Madrid”in marağı barədə danışıb

Dünya xəbərləri Materials 20 Yanvar 2026 01:52 (UTC +04:00)
Yurgen Klopp “Real Madrid”in marağı barədə danışıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Real Madrid” tərəfindən ona göstərilən maraqdan məmnun olub-olmaması barədə suala münasibət bildirib.

Trend xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.

Klopp bildirib: “Xeyr! Əslində bu, onların marağında deyil, sadəcə mediada yaradılmış səs-küydür. Mən prinsipial adamam və fikrimi o saat dəyişmirəm. Əlbəttə, heç nəyi tamamilə istisna etmirəm, lakin mənim 58 yaşım var və buradakı mövqeyimdən çox razıyam.”

Qeyd edək ki, hazırda Klopp “Red Bull” şirkətinin qlobal futbolunun rəhbəridir və Almaniya Futbol Liqasının (DFL) yeni ekspertlər komitəsində yer alır.

Xatırladaq ki, “Real Madrid”in baş məşqçisi vəzifəsinə potensial namizədlər arasında Kloppun da adı çəkilir.

Xəbər lenti

Xəbər lenti