...

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana idxal edilmiş neftin həcmi məlum oldu

Energetika Materials 20 Yanvar 2026 20:20 (UTC +04:00)
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana idxal edilmiş neftin həcmi məlum oldu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 705,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 1,505 milyon ton həcmində xam neft və neft məhsulları idxal edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 243,2 milyon ABŞ dolları və ya 25,6 faiz, həcm baxımından isə 219 min ton və ya 12,7 faiz azdır.

Həmin müddət ərzində Azərbaycan Rusiya, Qazaxıstan, İraq və Böyük Britaniyadan neft alıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları üzrə 22,1 milyon ton həcmində ixrac həyata keçirilib və bu ixracın dəyəri 11,5 milyard ABŞ dolları təşkil edib.

2024-cü ilin analoji dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 1,8 milyard ABŞ dolları və ya 13,5% azalıb, həcm ifadəsində isə 576 min ton və ya 2,7% artıb. Qeyd olunan məhsulların ixracı 2025-ci ilin ilk 11 ayında ümumi ixracın 49,21%-ni təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan 390,3 milyon ABŞ dolları dəyərində 671,1 min ton xam neftlə yanaşı, bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları, eləcə də tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar da ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti