...

Bakı metrosunda interval azaldılacaq? - RƏSMİ

Cəmiyyət Materials 20 Yanvar 2026 11:25 (UTC +04:00)
Bakı metrosunda interval azaldılacaq? - RƏSMİ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İntervalın endirilməsi texniki prosesə çevrilib. Hazırda ən minimum intervalla hərəkətə keçilib.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoloteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“İçərşəhər dönmə kamerası da məhz intervalların azaldılmasına xidmət göstərəcək. Yaxın gələcəkdə bununla bağlı çox əhəmiyyətli işlərə başlanılacaq”.

Metropoliten rəsmisi bu il ərzində icra ediləcək layihələrin gedişat prosesi haqqında da məlumat verib:

“Bu il ərzində “Xətlərin ayrılması” layihəsi üzrə prinsipial işlərə başlanacaq. Növbəti il ərzində xətlərin fiziki olaraq tam ayrılması nəzərdə tutulur. Həmçinin, bu il ərzində iki elektrik yarımstansiyasının inşasına başlanılması planlaşdırılır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti