...

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

Siyasət Materials 20 Yanvar 2026 14:16 (UTC +04:00)
Ceyhun Bayramov türkiyəli həmkarı ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti