Davos. Trend:
Bu, Azərbaycan və Ermənistanın otuz il davam edən müharibə və qan tökülməsindən sonra əsl sülh tapdıqları unikal hallardan biridir.
Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması barədə çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir”.
