...

İranın Şərqi Azərbaycan vilayətində “SEPAH” üzvləri ölüb

Dünya xəbərləri Materials 21 İyun 2025 13:56 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin bu gün səhər saatlarında İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinə hava hücumları nəticəsində İslam İnqilabının Keşikçilər Koprusunun (SEPAH) 4 üzvü ölüb.

Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun Şərqi Azərbaycan vilayəti üzrə “Aşura Ordusu” qərargahı məlumat yayıb.

Məlumata görə, İsrailin İslam İnqilabı Keşikçilər Korpusunun “Aşura Ordusu” qərargahının təlim mərkəzlərindən birinə hücumda 3 nəfər də yaralanıb.

Qeyd olunub ki, İsrailin İrana hücumu başladıqdan sonra Şərqi Azərbaycan vilayətində 48 nəfər ölüb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti