Bakı. Trend:
2024-cü il ərzində hər bir nəfər 44,9 kiloqram ət və ət məhsulları istehlak edib.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.
Məlumata görə, bu rəqəm 2023-cü il ərzində 43,5 kiloqram, 2022-ci il ərzində isə 42,1 kiloqram olub.