...

Azərbaycan və İordaniya XİN rəhbərləri ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

Siyasət Materials 21 İyun 2025 15:46 (UTC +04:00)
Azərbaycan və İordaniya XİN rəhbərləri ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əs-Səfadi ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində regional vəziyyət, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycan ilə İordaniya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin daha da artırılmasının vacibliyi vurğulanıb. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının yaxın zamanlarda təşkilinə hazırlıq məsələləri nəzərdən keçirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti