...

Mbappe "Real"ın növbəti matçını da buraxacaq

İdman Materials 21 İyun 2025 17:42 (UTC +04:00)
Mbappe "Real"ın növbəti matçını da buraxacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Madridin “Real” klubunun hücumçusu, “Qızıl buts - 20242025” sahibi Kilian Mbappe dünya klub çempionatının qrup mərhələsinin ikinci turunda Meksikanın “Paçuka” klubuna qarşı matçda iştirak etməyəcək.

Trend xəbər verir ki, bu barədə “El Partidazo de Cope” nəşri yazır.

Bundan əvvəl 26 yaşlı fransız oyunçu səhhəti ilə əlaqədar birinci tuda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna qarşı matçı buraxmalı olmuşdu.

Qeyd edək ki, fransalı futbolçu ABŞ-də kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, sonradan buraxılıb.

“Real” – “Paçuka” matçı iyunun 22-də Şarlotdda Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti