...

Levandovskinin “Barselona”dan ayrılacağı tarix müəyyənləşib

Dünya xəbərləri Materials 21 İyun 2025 17:04 (UTC +04:00)
Levandovskinin “Barselona”dan ayrılacağı tarix müəyyənləşib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Barselona" komandasının futbolçusu Robert Levandovski gələcək karyerası barədə qərar verib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2026-cı ilin yayında başa çatacaq müqaviləsinin sonuna kimi Kataloniya təmsilçisində qalacaq.

Polşalı forvard bundan sonra isə karyerasını Səudiyyə Ərəbistanı klublarının birində davam etdirəcək. Onun artıq adı açıqlanmayan ərəb klubu ilə razılığa gəldiyi iddia olunur.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edir.

Xəbər lenti

Xəbər lenti