Bakı. Trend:
Bərdədə polis 7 kiloqram narkotik vasitə aşkarlayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.
Onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidən 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.