...

Şirvanda narkotik vasitələr satan iki nəfər saxlanılıb

Gündəm Materials 21 İyun 2025 11:24 (UTC +04:00)
Şirvanda narkotik vasitələr satan iki nəfər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər zamanı əvvəllər məhkum olunmuş Zaur Əmənov və Qurban Dəmirov saxlanılıblar.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

Bundan əlavə, Q.Dəmirovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində sonuncunun bir neçə il əvvəl şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti