...

İran və "Avropa üçlüyü" diplomatik dialoqu davam etdirmək barədə razılığa gəlib

Dünya xəbərləri Materials 20 İyun 2025 22:30 (UTC +04:00)
İran və "Avropa üçlüyü" diplomatik dialoqu davam etdirmək barədə razılığa gəlib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və "Avropa üçlüyü" Cenevrədə keçirilən görüşdən sonra açıq diplomatik dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaja Kallas açıqlama verib.

“Biz danışıqları davam etdirmək barədə razılaşdıq. Danışıqlar prosesini açıq saxlamaq olduqca vacibdir. Görüş zamanı yalnız nüvə məsələsi deyil, daha geniş gündəlik müzakirə olundu,” – deyə Kallas bildirib.

Cenevrədə baş tutan danışıqlar İranın nüvə proqramı ətrafında mövcud gərginlik fonunda keçirilib. Buna baxmayaraq, tərəflər təkcə nüvə ilə bağlı deyil, digər regional və beynəlxalq məsələlərə də toxunublar.

Xəbər lenti

Xəbər lenti