...

İranda uçuş qadağasının müddəti yenidən uzadıldı

Dünya xəbərləri Materials 20 İyun 2025 14:09 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hava məkanında uçuş qadağası iyunun 21-i Bakı vaxtı ilə 02:30-a kimi uzadılıb.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu İranın Yol və Şəhər İnkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhavan deyib.

“Son hadisələrlə əlaqədar, sərnişinlərin və uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə ölkənin hava məkanı şənbə günü 02:00-a kimi (Bakı vaxtı ilə 02:30) bağlı olacaq. Ölkədə vəziyyət normallaşmayana qədər hava məkanı ilə bağlı tətbiq olunan məhdudiyyətlər qüvvədə qalacaq”, - deyə o bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti