...

İsrailə yeni ballistik raket hücumu dalğası - Bütün ölkə ərazisində həyəcan təbili çalınıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 20 İyun 2025 17:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran son raket hücumu dalğasında İsrailə 25-ə yaxın ballistik raket buraxıb.

Trend xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.

Telekanal bunun ilkin rəqəmlər olduğunu bildirir.

xxx

17:02

İran İsrailə ballistik raket hücumuna başlayıb.

Trend bu barədə “Fars” agentliyinə istinadən xəbər verir.

Agentlik hücumun təfərrüatı barədə hələlik məlumat vermir.

Bu arada, İsrail mediası İranın elan etdiyi ballistik raket hücumu ilə əlaqədar bütün ölkə ərazisində həyəcan təbilinin çalındığını yazır.

“Times of Israel”in məlumatına görə, Beer-Şeva şəhərinin cənubunda, Təl-Əviv və Qüdsdə çoxsaylı partlayışlar eşidilməkdədir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti