...

SOCAR innovasiyalar sahəsindəki əsas prioritetlərini açıqlayıb

İqtisadiyyat Materials 20 İyun 2025 12:35 (UTC +04:00)
SOCAR innovasiyalar sahəsindəki əsas prioritetlərini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiyalar SOCAR üçün əsas prioritet olaraq qalmaqdadır. İnnovasiyalar dedikdə söhbət təkcə startaplarda yox, həm də korporativ strukturun bütün səviyyələrində yeni həllərin inteqrasiyasından gedir.

Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin strateji inkişaf üzrə müşaviri Teymur Əliyev “Baku ID 2025” çərçivəsində keçirilən panel müzakirələrində deyib.

Onun sözlərinə görə, şirkət texnoloji dəyişikliklərlə ayaqlaşa bilmək üçün qabaqcıl alətlərin aktiv axtarışını və tətbiqini həyata keçirir.

“Ən yaxşı və ən müasir həllərdən istifadə etməyə çalışırıq. Bu, qaz kəşfiyyatı və hasilatından tutmuş emala, ofşor layihələrinə, elektrik stansiyalarının tikintisi və fəaliyyətinə qədər bütün sahələri əhatə edir. SOCAR-ın geniş fəaliyyət spektri var və innovasiyalar bu proseslərin hər mərhələsində mühüm rol oynayır,” – deyə Musayev qeyd edib.

SOCAR vitse-prezidentinin müşaviri həmçinin əlavə edib ki, yalnız daima yeniliyə can atmaqla qlobal enerji bazarında dayanıqlı inkişafı və rəqabətədavamlılığı təmin etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti