...

BMT Təhlükəsizlik Şurasının İran-İsrail gərginliyi ilə bağlı ikinci fövqəladə iclası keçiriləcək

Dünya xəbərləri Materials 20 İyun 2025 12:27 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının İran-İsrail gərginliyi ilə bağlı ikinci fövqəladə iclası keçiriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının İsrailin İrana qarşı təcavüzünə həsr olunmuş ikinci iclası bu gün keçiriləcək.

Trend xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Abbas Araqçi bəyan edib.

“Ötən həftə BMT Təhlükəsizlik Şurasının ilk fövqəladə iclası keçirilmişdi. TŞ-nin ikinci iclası Çin, Rusiya və Pakistanın sorğusu əsasında keçiriləcək”, - iranlı ali diplomat İran dövlət televiziyasının efirində bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti