Bakı. Trend:
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Əsir mübadiləsinin İstanbul razılaşmaları əsasında baş tutduğu bildirilir.
“Cari ilin iyunun 20-də, 2 iyun tarixində İstanbulda Rusiya-Ukraya arasında əldə edilmiş razılaşmalara uyğun olaraq Kiyevin nəzarətində olan ərazilərdən rusiyalı hərbi qulluqçuların bir qrupu geri qaytarılıb. Bunun müqabilində, Ukrayna silahlı qüvvələrinin hərbi əsirlərindən ibarət qrup qarşı tərəfə təhvil verilib”, - deyə məlumatda qeyd olunur.
Hələlik mübadilə edilən əsirlərin sayı barədə məlumat yoxdur.