...

Baltik ölkələri və Polşa Aİ-ni şərq sərhədlərində müdafiəyə çağırır

Dünya xəbərləri Materials 20 İyun 2025 21:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya, Latviya, Polşa hökumət başçıları və Litva prezidenti Avropa İttifaqının rəhbərliyinə açıq məktubla müraciət edərək, İttifaqın şərq sərhədlərində müdafiə təşəbbüslərinə daha güclü dəstək verilməsini tələb ediblər.

Trend xəbər verir ki, məktubun mətnini Estoniyanın Baş naziri Kristen Mixal sosial şəbəkə hesabında yayımlayıb.

Məktubun müəllifləri – Estoniyanın Baş naziri Kristen Mixal, Latviyanın Baş naziri Evika Siliņa, Litva Prezidenti Gitanas Nauseda və Polşanın Baş naziri Donald Tusk – Rusiyadan və Belarusdan qaynaqlanan təhlükələrə diqqət çəkərək, Avropa İttifaqını daha ciddi addımlar atmağa çağırıblar.

Liderlər məktubda xüsusilə sabitliyi pozan fəaliyyətlər, diversiya aktları və qeyri-qanuni miqrantlardan təzyiq vasitəsi kimi istifadənin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti