...

"Sabah"ın Avstriya toplanışının detalları açıqlanıb

İdman Materials 20 İyun 2025 21:16 (UTC +04:00)
"Sabah"ın Avstriya toplanışının detalları açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Kubokunun qalibi "Sabah" yay mövsümünə hazırlıq planını müəyyənləşdirib.

Trend xəbər verir ki, komanda iyunun 22-də Avstriyanın Qrats şəhərinə təlim-məşq toplanışına yollanacaq. Hazırlıq prosesi iyulun 5-dək davam edəcək.

Avstriyada keçiriləcək toplanış çərçivəsində paytaxt təmsilçisi iki yoxlama oyunu keçirəcək. “Sabah” iyunun 29-da Rumıniyanın “Rapid” (Buxarest), iyulun 3-də isə Macarıstanın “Pakş” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasındakı debüt matçını iyulun 10-da Bakıda Sloveniyanın “Selye” klubuna qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti