Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsə şəraitdən asılı olaraq dəstək verməyə hazır olduğunu bildirib.
Trend xəbər verir ki, Tramp jurnalistin İsrail və İran arasında atəşkəsi dəstəkləməyə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib.
"Mən edə bilərdim, bu, şəraitdən asılıdır", - deyə Tramp cavab verdi.
ABŞ Prezidenti əlavə edib ki, “bunu dayandırmaq çox çətindir”, İsrail və İran arasında baş verən zərbə mübadiləsinə toxunaraq vəziyyətin mürəkkəb olduğunu vurğulayıb.