Bakı. Trend:
İsrail hökuməti ölkənin müdafiə infrastrukturunu gücləndirmək məqsədilə 1000 yeni mobil sığınacağın tikintisini və 500 mövcud sığınacağın təmirini nəzərdə tutan planı təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə İsrailin Müdafiə Nazirliyi açıqlama yayıb.
“Hökumət Müdafiə Nazirliyi və Daxili Cəbhə Komandanlığı tərəfindən hazırlanmış plana əsasən, ölkə daxilində 500 ictimai bomba sığınacağı təmir ediləcək və min mobil yol kənarı sığınacaq yerləşdiriləcək,” – bəyanatda deyilir.
Təmir olunacaq sığınacaqlar əsasən İranın son günlər intensiv atəşə tutduğu İsrailin mərkəzi bölgələrində yerləşir. Yeni mobil sığınacaqlar isə “ölkə üzrə həssas ərazilərə” göndəriləcək.
Planın həyata keçirilməsi təxminən 28,6 milyon dollara başa gələcək.