...

"Abzas Media" əməkdaşlarına hökm oxundu

Cəmiyyət Materials 20 İyun 2025 16:29 (UTC +04:00)
"Abzas Media" əməkdaşlarına hökm oxundu

Bakı. Trend:

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

Məhkəmənin hökmü ilə Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 ay, Nərgiz Absalamova 8, Hafiz Babalı 9, Elnarə Qasımova 8, Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı olub. Onlar və saytla əməkdaşlıq edən digərləri Cinayət Məcəlləsinin 7 maddəsi - 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə ittiham edilirlər. Müttəhimlər ilkin istintaq vaxtı və məhkəmədə özlərini təqsirli bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti