...

Terrora əl atsanız, daha Hizbullah olmayacaq - İsrailli nazir

Dünya xəbərləri Materials 20 İyun 2025 10:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Terrora əl atsanız, daha Hizbullah olmayacaq.

Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Müdafiə naziri İsrael Katz Livanın adıçəkilən qruplaşmasına ünvanlanmış bəyanatında deyib.

İsrail MN Hizbullahın hazırkı lideri Naim Qassemi öz sələfinin – Həsən Nəsrullahın aqibətindən nəticə çıxarmağa çağırıb. Həsən Nəsrullah ötən ilin sentyabr aryında İsrail tərəfindən öldürülmüşdü.

“Hizbullah lideri öz sələfinin aqibətindən dərs çıxarmayıb və İsrailə qarşı addımlar atmaqla hədələyir. Terror olsa, daha Hizbullah olmayacaq”, - deyə o bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti