...

Özgəsinə məxsus pasportla sərhədi keçmək istəyən Şri-Lanka vətəndaşı məhkəməlik oldu (FOTO)

Hadisə Materials 20 İyun 2025 09:35 (UTC +04:00)
Özgəsinə məxsus pasportla sərhədi keçmək istəyən Şri-Lanka vətəndaşı məhkəməlik oldu (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Özgəsinə məxsus pasportla sərhədi keçmək istəyən Şri-Lanka vətəndaşı hakim qarşısına çıxarılıb.

Trend-in əldə etdiyi məlumata görə, may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.

Belə ki, araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib.

Xəzər rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məc əlləsinin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 29,318.1-ci maddələr ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə, 320.2-ci maddəsi ilə 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti