...

Sertifikasiya ilə bağlı narazılığı olan müəllimlərə agentlikdən cavab

Cəmiyyət Materials 20 İyun 2025 16:00 (UTC +04:00)
Sertifikasiya ilə bağlı narazılığı olan müəllimlərə agentlikdən cavab
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 18-dən başlayan təhsilsevərənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün üçüncü günü keçirilən test imtahanında artıq 8149 müəllim iştirak edib. Ümumilikdə deyə bilərik ki, prosesdə 95% davamiyyət qeydə alınıb.

Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, hər bir imtahan günü bitdikdən dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır:

"Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, neqativ və uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda şəffaflığın və obyektivliyin təmin edilməsidir.

Bununla yanaşı, qeyd edim ki, imtahandan sonra bəzi sosial media platformalarında müəllimlər tərəfindən imtahanın tərtibi ilə bağlı bəzi narazılıqların səsləndirildiyi də müşahidə olunur.

Bu səbəbdən bir daha xatırladırıq ki, imtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər.

Müraciətlər emal ediləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti