...

İrandan 125 Pakistan vətəndaşı təxliyə olunub - Səfir (FOTO)

Siyasət Materials 20 İyun 2025 12:43 (UTC +04:00)
İrandan 125 Pakistan vətəndaşı təxliyə olunub - Səfir (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrandan 125 Pakistan vətəndaşı təxliyə olunub.

Trend xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Möhüddin “X” sosial şəbəkəsində yazıb.

"Pakistanın baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Darın tapşırığı ilə Pakistanın Azərbaycandakı səfirliyi İrandan 125 pakistan vətəndaşını uğurla təxliyə edib", – deyə o bildirib.

Səfirin sözlərinə görə, onlar bu gün təhlükəsiz şəkildə Bakıdan Lahora çatdırılıblar.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti