Bakı. Trend:
Bu ilin birinci rübündə İspaniyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 1,080 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 996 min ABŞ dolları və ya 12,9 dəfə artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyadan yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə İspaniya iqtisadiyyatına 20,896 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 12,856 milyon ABŞ dolları və ya 2,6 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 6,6% təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə İspaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 84 min ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 8,040 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.