Bakı. Trend:
Hollandiya millisinin sabiq üzvü Kvinsi Promes Birləşmiş Ərəb Əmirliklərindən ekstradisiya olunaraq təyyarə ilə Hollandiyaya gətirilib.
Trend xəbər verir ki, bu barədə Amsterdam prokurorluğuna istinadən De Telegraaf qəzeti məlumat yayıb.
Məlumata görə, iki hərbi polis furqonu hava limanını tərk edib və onlardan birində Promes-in olduğu ehtimal olunur.
Bundan əvvəl NU.nl portalı Hollandiya prokurorluğunun nümayəndəsinə istinadla Promes-in Dubaydakı evində saxlanıldığını və istintaq təcridxanasına yerləşdirildiyini bildirmişdi.
Futbolçu Hollandiyaya çatan kimi dərhal həbs ediləcək. Onun həbsi ilə bağlı şənbə günü məhkəmə dinləməsi keçiriləcək.