...

Fransada cinayət məsuliyyəti yaşının 16-ya endirilməsi təklif edilir

Dünya xəbərləri Materials 21 İyun 2025 07:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın ədliyyə naziri Cerald Darmanin respublikada cinayət məsuliyyəti yaşının 16 ilə endirilməsini təklif edib.

Trend xəbər verir ki, bunu Cerald Darmanin MC radiosunda deyib.

“Mən cinayət məsuliyyəti yaşının 16-ya endirilməsinin tərəfdarıyam. Bunu etsək, qanun pozucularına qarşı sərt tədbirlər görə biləcəyik”, — deyə o bildirib.

Nazirin sözlərinə görə, bu dəyişiklik üçün konstitusiyaya düzəliş edilməlidir.

Qeyd edək ki, bundan əvvəl Fransanın Konstitusiya Şurası yetkinlik yaşına çatmayan cinayətkarlara və onların valideynlərinə qarşı hüquqi məsuliyyət tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini rədd etmişdi. Sənəd 16 yaşına çatmış, lakin yetkin sayılmayan cinayətkarların təkrar cinayət törətməsi halında sürətləndirilmiş məhkəmə prosesinə cəlb olunmasını təklif edirdi. İndiyədək belə tədbir yalnız yetkinlik yaşına çatmış qanun pozucuları üçün nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti