Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 18,785 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,855 milyon ABŞ dolları və ya 52,1% çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində BƏƏ-nin payı 4,8% təşkil edib.
Həmçinin cari ilin ilk rübündə BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,764 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 176 min ABŞ dolları və ya 2,3% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində BƏƏ-nin payı 3,4% təşkil edib.
2024-cü ilin birinci rübündə Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,560 milyon ABŞ dolları, əks istiqamətdə isə 7,588 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.
Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.