...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

İqtisadiyyat Materials 21 İyun 2025 13:13 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6,31 ABŞ dolları və ya 8,6% artaraq, 79,49 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 82,58 dollar/barel, minimum isə 75,79 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 78,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 6,2 ABŞ dolları və ya 8,6% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 81,20 dollar/barel, minimum isə 74,46 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,95 ABŞ dolları və ya 10,3% artaraq 63,81 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 66,98 dollar/barel, minimum isə 60,01 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6,53 dollar və ya 9,2% bahalaşaraq, 77,36 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 80,44 dollar/barel, minimum isə 73,63 dollar/barel təşkil edib.

Neftin növü / tarix

16.06.2025

17.06.2025

18.06.2025

19.06.2025

20.06.2025

Orta qiymət

Azeri LT CIF

$75,79

$79,58

$79,17

$82,58

$80,34

$79,49

Azeri Light FOB Ceyhan

$74,46

$78,25

$77,79

$81,20

$78,96

$78,13

Urals (EX NOVO)

$60,01

$63,72

$63,55

$66,98

$64,81

$63,81

Dated Brent

$73,63

$77,47

$77,05

$80,44

$78,21

$77,36

Məqalədə:
Xəbər lenti

Xəbər lenti